Tibb bacıları etiraza başladı: Nazirlik maaşımızı vermir
Tibb bacıları etiraza başladı: Nazirlik maaşımızı vermir
26 İyun 2019 14:45 Dünyaİranın Qərbi Azərbaycan əyalətində bir çox tibb bacısı 1 ildir maaş ala bilmir.
Məsələ ilə bağlı etiraz edən tibb bacıları geyim və ezamiyyət tələblərinin də yerinə yetirilmədiyini deyiblər.
Onlar qeyd ediblər ki, Səhiyyə Nazirliyi məsələyə laqeyd yanaşır və lazımi tədbirlər görmür.
Məlumata görə, tibb bacıları Səhiyyə Nazirliyinə müraciət edərək, maaşlarının təcili olaraq ödənilməsini tələb ediblər.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31