ABŞ-da ilk dəfə olaraq elektron siqaret satışı qadağan olunub
ABŞ-da ilk dəfə olaraq elektron siqaret satışı qadağan olunub
26 İyun 2019 12:35 DünyaSan-Fransisko ABŞ-da bütün elektron siqaret növlərinin qadağan edildiyi ilk şəhər olub.
Bu barədə şəhər şurasının saytı məlumat yayıb.
"San-Fransiskoda heç kim insanlara elektron siqaretlər satmamalı və yaymamalıdır", - deyə şuranın qərarında bildirilir.
Qeyd olunur ki, qərarı pozan şəxs 1000 dollara qədər məbləğdə inzibati cərimə ilə cəzalandırılacaq.
San-Fransisko həm də ABŞ-da marixuananın qanuniləşdirildiyi şəhərlərdən biridir.
Həm də ötən il şəhərdə ətirləndirilmiş tütünün satışı qadağan edilib.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31