Rusiyadan Gürcüstana çaxır zərbəsi

Rusiyadan Gürcüstana çaxır zərbəsi

Gürcüstanda istehsal edilən spirtli içkilərin Rusiya bazarına girişinə qadağa qoyula bilər. 

Bu barədə "Kommersant" qəzeti yüksək səviyyəli dövlət rəsmilərinə istinadən məlumat yayıb. Bildirilib ki, artıq ekspertlər Rusiya bazarında  Gürcüstan şərabları ilə bağlı araşdırmalara başlayıblar.

Hazırda gürcü şərablarının Rusiya bazarında  17 faizlik yerə sahib olduğu bildirilir. Bundan öncə isə  İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı üzrə Rusiya Federal Xidməti ("Rospotrebnadzor") idxal edilən gürcü şərablarının keyfiyyət və təhlükəsizlik nəzarətini bir qədər də gücləndirildiyini açıqlayıb. 

apa

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31