Ağ evə yeni mətbuat katibi təyin olundu

Ağ evə yeni mətbuat katibi təyin olundu

ABŞ-ın birinci xanımı Melanya Trampın köməkçisi Stefani Qrişem Ağ evin yeni mətbuat katibi və ictimaiyyətlə əlaqələr üzrə direktoru təyin olunub.

Olaylar.az xəbər verir ki, bunu iyunun 25-də Melanya Tramp öz "Twitter" səhifəsində yazıb.

"Stefani Qrişemin növbəti mətbuat katibi və xarici əlaqələr üzrə direktor olacağını xəbər verməkdən şadam! O, 2015-ci ilin sentyabrından bizimlə idi. Prezident və mən administrasiya və ölkəyə xidmət üçün ondan uyğun şəxs təsəvvür edə bilmirik", - deyə o yazıb.

Qrişem sözügedən vəzifədə iyunun əvvəlində istefa verdiyini bəyan edən Sara Sandersi əvəz edəcək.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31