Ukraynalı oliqarx ABŞ-a ekstradisiya edilir
Ukraynalı oliqarx ABŞ-a ekstradisiya edilir
25 İyun 2019 17:50 DünyaUkraynalı biznesmen Dmitri Firtaş ABŞ-a ekstradisiya ediləcək.
Bu məlumatı "Röyter" yayıb. Məlumata görə, Firtaşın ekstradisiya haqqında qərarı Avstriya Ali Məhkəməsi qəbul edib.
Qeyd edək ki, Firtaş FTB tərəfindən Hindistanda titan yatağının işlənilməsinə izni korrupsiya yoluyla əldə etməkdə ittiham olunub. O, Hindistan məmurlarına 19 milyon dollar verməkdə günahlandırılır.
Firtaş Ukraynanın ən böyük oliqarxlarından sayılır. Ukrayna mətbuatı onun uzun illər Ukraynanın dövlət siyasətinə birbaşa təsir imkanlarına malik olduğunu qeyd edir.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31