"Bu, ilk ciddi diplomatik zərbədir" – Poroşenko

"Bu, ilk ciddi diplomatik zərbədir" – Poroşenko

Ukraynanın sabiq prezidenti Petro Poroşenko AŞ PA-nın Rusiya ilə əlaqədar qəbul etdiyi qətnaməni "ilk ciddi diplomatik zərbə" və Kiyev üçün "güclü çağırış" adlandırıb.

Olaylar.az xəbər verir ki, o, "Feysbuk" səhifəsində yazıb:

"Rusiya nümayəndə heyətini geri qaytarma mexanizmini işə salan Avropa Şurası Parlament Assambleyasının qərarını Ukraynaya güclü bir çağırış kimi qəbul edirəm".

O, həmçinin, hesab edir ki, AŞ PA-nın qətnaməsi Ukraynanın son beş ildə aldığı "ilk ciddi diplomatik zərbə"dir:

"Əvvəllər biz belə zərbələrə imkan vermədik. Amma indi zərbə təkcə Ukraynaya deyil, həm də Avropanın fundamental dəyərlərinə endirilib. Biz görürük ki, dəyərlər və qiymətlər arasında seçim edildikdə qiymətlərə üstünlük verildi".

Qeyd edək ki, AŞ PA bu gecə Rusiya nümayəndə heyətini assambleyanın iyun sessiyasında iştiraka çağıran qətnamə qəbul edib.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31