Rusiya Xəzərdəki donanmasını ayağa qaldırdı
Rusiya Xəzərdəki donanmasını ayağa qaldırdı
25 İyun 2019 10:59 DünyaRusiyanın Xəzər donanmasında qəfil döyüş hazırlığı yoxlanılmalarına başlanılıb.
Olaylar.az xəbər verir ki, bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb. Məlumata görə, yoxlamalar zamanı dəniz, sahil və hava hədəflərinə raket və artilleriya atışları həyata keçirilib.
Ümumilikdə yoxlamalarda 35 hərbi gəminin iştirakı nəzərdə tutulub. Təlimdə iştirak edəcək gəmilər sırasında "Tatarıstan" raket gəmisi, "Həştərxan", "Qrad Sviyajsk", "Uqliç", "Volqodonsk", "Mahaçqala" kiçik raket və artilleriya gəmiləri yer alıb.
Qeyd edək ki, Rusiya dünəndən etibarən Mərkəz və Cənub hərbi dairələrində də qəfil döyüş hazırlığı yoxlamalarına başladığını bəyan edib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31