Gürcüstan sərhədçiləri erməniləri aparan avtobusu saxladı
24 İyun 2019 21:49 DünyaGürcüstan sərhədçiləri Rusiyadan Ermənistana hərəkət edən avtobusu saxlayıb.
Trend-in məlumatına görə, avtobusda qadağan olunmuş yük daşınırmış.
Sərhədçilər sərnişinləri endirərək avtobusu və həmin yükü müsadirə edib.
Qeyd olunur ki, Ermənistanın Gücüstandakı səfirliyi sərnişinlərin ölkəyə çatdırılması üçün daşıma şirkətinə əlavə avtobus ayırmağı tapşırıb.
Sərnişinlər arasında Rusiya pasportuna sahib ermənilərin də olduğu deyilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31