Hindistanla ABŞ arasında nəhəng müqavilə
Hindistanla ABŞ arasında nəhəng müqavilə
24 İyun 2019 14:27 DünyaHindistan yaxın 2-3 il ərzində ABŞ-la hərbi-texniki əməkdaşlıq sahəsində 10 milyardlıq müqavilə imzalamağı planlaşdırır.
Bu barədə "Tayms of İndia" informasiya yayıb.
Məlumata görə, imzalanması nəzərdə tutulan sənədlər arasında ən vacibi 10 ədəd P-8İ dəniz patrul təyyarəsinin alışı üçün bağlanacaq 3 milyardlıq müqavilə olacaq.
Bundan əlavə, ABŞ-dan 24 ədəd MH-60, 6 ədəd "Apaçi" helikopterinin, həmçinin paytaxtın mühafizəsi üçün HHM sisteminin alınması məsələsi gündəmdədir.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31