Məsciddə atışma baş verib

Məsciddə atışma baş verib

İspaniyanın müstəqil şəhəri Ceutada yerləşən məscidlərdən birinə atəş açılıb.

Olaylar.az bildirir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Motosikletdə olan naməlum iki şəxs məscidə 4 dəfə atəş açıb.

Bu zaman məkanda çaxnaşma yaranıb, amma ölən və xəsarət alan olmayıb.

Təcavüzkarlar hadisə yerindən qaçıblar. Faktla bağlı istintaq başladılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31