"Kaş Tiflisi Türkiyənin əlindən almazdıq" - Jirinovski

"Kaş Tiflisi Türkiyənin əlindən almazdıq"- Jirinovski

Vətəndaşlığını dəyişmək istəyən bütün Gürcüstan vətəndaşlarına Rusiya pasportları vermək lazımdır.

Olaylar.az  xəbər verir ki, bunu "İReactor" portalına açıqlamasında Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski deyib.

"Niyə biz Gürcüstana pul xərcləməliyik? Kim özünü Rusiyaya münasibətdə belə aparır? Bəli, bu fəaliyyətin drijorları xaricdə ola bilər, amma hücumları Gürcüstanın sıravi vətəndaşları həyata keçirir.

Moskva və Tiflis münasibətlərində problemlər I Pavelin səhvlərinin nəticəsidir. Məhz o, müşavirlərinin təklifi ilə Gürcüstanı Türkiyədən xilas etmək üçün Rusiya imperiyasının tərkibinə qatmaq haqqında qərar qəbul etdi. Əgər bu baş verməsəydi, bu gün Rusiya Türkiyə ilə ümumi sərhədə sahib olar, gürcülər isə rusların içində assimilyasiyaya məruz qalardı", - deyə o bildirib.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31