Qatar su kanalına düşdü: 5 ölü, 100 yaralı

Banqladeşin şərq hissəsində Maulvibazar vilayətində qatar körpü üzərində relslərdən çıxıb. Yerli “Daily Star” qəzetinin məlumatına görə, hadisə nəticəsində azı 5 nəfər ölüb, 100-dən çoxu yaralanıb.

Banqladeşin şərq hissəsində Maulvibazar vilayətində qatar körpü üzərində relslərdən çıxıb.

Yerli "Daily Star" qəzetinin məlumatına görə, hadisə nəticəsində azı 5 nəfər ölüb, 100-dən çoxu yaralanıb.

Nəşr yazır ki, Silxetadan paytaxt Dakkaya hərəkət edən "Upaban Express" qatarının vaqonlarından biri relslərdən çıxaraq su kanalına, iki başqa vaqon isə kanalın sahilinə düşüb.

Həlak olanların bədənləri kanaldan çıxarılıb. Zərərçəkənlər xəstəxanalara çatdırılıb.

Polis hadisənin səbəblərini araşdırır. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31