Husilər Səudiyyənin iki aeroportuna zərbələr endirdi
“Ənsar-Alla” şiə hərəkatından qiyamçılar (Husilər) dronların köməyi ilə Səudiyyə Ərəbistanının Cizan və Abha aeroportlarına zərbələr endirib. Bu haqda Husilərə məxsus “Al-Masira” telekanalı bildirib.
24 İyun 2019 10:03 Dünya"Ənsar-Alla" şiə hərəkatından qiyamçılar (Husilər) dronların köməyi ilə Səudiyyə Ərəbistanının Cizan və Abha aeroportlarına zərbələr endirib.
Bu haqda Husilərə məxsus "Al-Masira" telekanalı bildirib.
Abha şəhərində 8 nəfər xəsarət alıb. Onlardan biri aldığı xəsarətdən sonra ölüb. Ölən şəxsin Suriya vətəndaşı olduğu bildirilir.
Husilərin nümayəndəsi bildirib ki, Səudiyyə aeroportlarına hücum ərəb koalisiyasının aviazərbələrinə cavab olub. Onun sözlərinə görə, Husilər Səudiyyə Ərəbistanına zərbələr vurmağa davam edəcəklər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31