Trampdan Kim Çen Ina sirli məktub
23 İyun 2019 09:35 DünyaABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen Ina məktub göndərib.Teleqraf.com xəbər verir ki, bu barədə Şimali Koreyanın rəsmi KCNA agentliyi məlumat yayıb.Kim Çen Inın məktubu oxuduqdan sonra məmnunluq duyduğu və yazılan ifadələrin gözəl olduğu bildirilir.Trampın cəsarətini təqdir edən Şimali Koreya lideri məktubda yazılanlar barədə fikirləşəcəyini bəyan edib.Qeyd edək ki, Kim Çen In sonuncu dəfə iyunun 11-də Trampa məktub göndərmişdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31