Qeyri-leqal miqrantların ABŞ-dan qovulması təxirə salındı

ABŞ prezidenti Donald Tramp qeyri-leqal miqrantların kütləvi deportasiyası prosesinin başlanmasının iki həftə təxirə salındığını elan edib. Prezident bu haqda tvitter səhifəsində yazıb.

ABŞ prezidenti Donald Tramp qeyri-leqal miqrantların kütləvi deportasiyası prosesinin başlanmasının iki həftə təxirə salındığını elan edib.

Prezident bu haqda tvitter səhifəsində yazıb.

Deportasiya şənbə günü başlanmalı idi.

"Demokratların xahişi ilə qeyri-leqal miqrantların deportasiyası prosesini iki həftəyə təxirə saldım. Baxaq, demokratlar və respublikaçılar toplaşa və cənub sərhədində sığınacaqlar və boşluqlarla bağlı problemlərin həllini hazırlaya biləcəklərmi? Əgər olmasa, deportasiya başlanacaq!" - o əlavə edib.

Daha əvvəl Tramp söz verib ki, kütləvi deportasiya prosesi ABŞ-a qanunsuz girən milyonlarla qeyri-leqal əcnəbiyə toxunacaq. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31