“Putinin Gürcüstanla bağlı fərmanı məcburi məhdudlaşdırmadır” – Peskov
“Putinin Gürcüstanla bağlı fərmanı məcburi məhdudlaşdırmadır” – Peskov
22 İyun 2019 12:30 DünyaRusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov Vladimir Putinin Gürcüstanla bağlı imzaladığı fərmanı şərh edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Kremlin sözçüsü Putinin Gürcüstanla bağlı fərmanını Tbilisidə ekstremist fəaliyyətlər fonunda məcburi məhdudlaşdırma adlandırıb.
"Gürcüstanda vəziyyət normallaşmalı və bizim vətəndaşlar üçün kiçik təhlükə belə aradan qalxmalıdır. Ancaq bundan sonra prezident bu qərara yenidən baxa bilər", - deyə Peskov bildirib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin iyunun 21-də Rusiyadan Gürcüstana uçuşların qadağan olunması haqqında fərman imzalayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31