ABŞ Çinin daha 4 şirkətini “Huawei”in gününə saldı
ABŞ Çinin daha 4 şirkətini “Huawei”in gününə saldı
22 İyun 2019 10:39 DünyaABŞ Çinin daha 4 texnologiya şirkəti və bir kompyuter texnologiyalar institutunu öz qara siyahısına salıb.
Bu məlumatı ABŞ Ticarət Nazirliyi yayıb. Qara siyahıya salınan şirkətlər arasında "Higon", "Sugon", Chengdu Haiguang Integrated Circuit" və "Chengdu Haiguang Microelectronics Technology" yer alıb. ABŞ sanksiyalarına həmçinin Çinin Tszyanan Kompyuter Texnologiyalar İnstitutu da məruz qalıb. Onların hər birinə "Huavey" şirkəti üçün nəzərdə tutulan qadağalar tətbiq olunub.
Nazirlik bu şirkətlərin ABŞ təhlükəsizliyinə təhdid yaratdığını, onların Çin ordusu üçün superkompyuterlər hazırladığını bildirib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31