Məşhurların axın etdiyi restoran bağlandı - Nüsrətin başı dərddədir
Məşhurların axın etdiyi restoran bağlandı - Nüsrətin başı dərddədir
21 İyun 2019 18:49 DünyaYunanıstanın ən turistik adası Mikonosda restoran açan qəssab Nüsrət Gökçenin qəbz yazmadığı üçün başı bəlaya girib. Belə ki, onun bu adada yerləşən və məşhur simaların tez-tez təşrif buyurduğu məkanına 48 saat bağlama cəzası verilib.
Olaylar.az xəbər verir ki, duz səpmə tərzi ilə məşhurlaşan qəssab dünyanın bir çox ölkəsində restoranlar şəbəkəsini açıb. Son olaraq Mikonos adasında restoran açan qəssab cərimələnib.
Böyük maraqla qarşılanan restoranda təftiş səhərə qədər davam edib. Restoranının 2 gün qapalı qalacağı və daha sonra cərimələnəcəyi öyrənilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31