Özcanla xanımının ayrılıq səbəbi məlum oldu
Özcanla xanımının ayrılıq səbəbi məlum oldu
21 İyun 2019 18:48 DünyaMüğənni-aktyor Özcan Deniz və Feyza Aktanın ayrılmalarının təfərrüatları ortaya çıxıb.
Ayrılığa səbəb xəyanət olub.
Qeyd olunub ki, Feyza bir neçə həftə bundan əvvəl Özcanın telefonunda başqa xanımdan yazılan mesajlarla rastlaşıb.
Həyat yoldaşından açıqlama tələb edən F. Aktanla müğəni arasında mübahisə yaranıb. Bundan sonra cütlük boşanmaq barədə qərara gəlib.
Özcan vəkili vasitəsilə İstanbul 8-ci Ailə Məhkəməsinə müraciət edib. Çəkişməli məhkəmə prosesi mətbuata qapalı keçiriləcək.
İddia olunur ki, hər iki tərəf övladı Kuzeyin qəyyumluğunu öz üzərinə götürmək istəyir. Həmçinin, onlar mülk bölgüsü barədə ortaq qərara gələ bilməyiblər.
Qəzet onu da yazır ki, Feyza oğlunun Özcanla görüşməsinə icazə vermir.