Ancelina məşhur dərginin redaktoru oldu
Ancelina məşhur dərginin redaktoru oldu
21 İyun 2019 18:36 DünyaDünya şöhrətli aktrisa Ancelina Coli nüfuzlu "Time" jurnalının redaktoru seçilib.
Coli bu vəzifəyə məşhur dərginin rəhbəri Edvard Felsental tərəfindən təyin olunub.
Hollivud ulduzu Ancelinanın "Time" ilə əməkdaşlığı barədə danışıqlar ötən ilin aprel ayından başlayıb. 11 ildir ki, UNICEF-in xoşməramlı səfiri olan cazibədar aktrisa dərgidə insan və qadın hüquqları ilə bağlı müxtəlif məqalələr yazacaq.
Qeyd edək ki, Ancelina 18 ildir Birləşmiş Millətlər Təşkilatında çalışır. Coli sözügedən arenadan çıxış edərək, qaçqınların problemlərinin həlli yollarını önə çəkib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31