Baş nazir xalqın içində yoqa ilə məşğul oldu - Sübh saatlarında...
Baş nazir xalqın içində yoqa ilə məşğul oldu - Sübh saatlarında...
21 İyun 2019 17:45 DünyaHindistanın baş naziri Narendra Modi 40 min insanla birlikdə yoqa edib.
Olaylar.az xəbər verir ki, bu barədə "Press Trust of India" informasiya yayıb.
Xəbərə görə, 5-ci Beynəlxalq Yoqa Günü münasibətilə Carkənd əyalətinə gedən Modi sübh saatlarında yoqasevərlərlə bir araya gəlib. Baş nazir bildirib ki, şəhərlərdən kəndlərə qədər hər kəs yoqa ilə məşğul olmağa cəhd göstərməlidir.
Qeyd edək ki, Beynəlxalq Yoqa Gününün qeyd olunması Narendra Modinin adı ilə bağlıdır. O, 2015-ci ildə BMT-yə verdiyi müraciətdə 21 iyunun yoqa günü kimi qeyd olunmasını tələb etmişdi.
publika
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31