Separatçılar “S-300”ləri sınaqdan keçirdi – Qarabağda
Separatçılar “S-300”ləri sınaqdan keçirdi – Qarabağda
21 İyun 2019 17:09 DünyaErmənistan ordusunun Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən hərbi təlimində "S-300" hava hücumundan müdafiə sistemləri sınaqdan keçirilib.
Olaylar.az xəbər verir ki, bunu jurnalistlərə Ermənistan müdafiə nazirliyinin yetkilisi Sevak Torozyan deyib.
Torozyan qeyd edib ki, təlimlərdə sınaqdan keçirilən hərbi-texnika və sistemlər arasında Rusiyadan alınmış "S-300"lər də var.
Azərbaycanın işğal edilmiş ərazilərində bir neçə gün əvvəl başlayan təlimlər bu gün başa çatacaq.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31