Qonşumuzda ard-arda 14 zəlzələ
15 İyun 2019 12:50 DünyaBu gün Türkiyə ərazisində silsilə zəlzələlər baş verib.
Publika.az xəbər verir ki, seysmik zonada yerləşən Denizli, Hakkari, Van, Manisa, Çanaqqala, İzmir, Kütahya, Egey, Mərmərə, Aralıq dənizi sahillərində müxtəlif zamanlarda yeraltı təkanlar qeydə alınıb.
Boğaziçi Universiteti Kandilli Rəsədxanası və Zəlzələləri Araşdırma İnstiutununun məlumatına görə, yeraltı təkanların ən güclüsü 3,3 bal gücündə, ən zəifi isə 1,2 bal gücündə olub.
Ümumilikdə, 15 iyunda ayrı-ayrı vaxtlarda 14 zəlzələ qeydə alınıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31