Qazaxıstanda müəllimi təhqir edənlər cərimələnəcək
Qazaxıstanda müəllimi təhqir edənlər cərimələnəcək
14 İyun 2019 22:09 DünyaQazaxıstanda pedaqoqun təhqir edilməsinə görə cərimə tətbiq olunması planlaşdırılır.
Bu barədə "Qazaxıstan Respublikası pedaqoqun statusu, şagird və müəllimin yükünün azalması üzrə məsələlərə dəyişiklik və əlavələrə dair qanunverici aktlar haqqında" qanunda bildirilib.
Qeyd olunub ki, müəllimin şərəf və ləyaqətini təhqir edən yetkinlik yaşına çatmayanların valideynləri, yaxud onları əvəzləyənlər 252 500 tenqe (653,5 dollar) məbləğində cərimələnəcək.
Sənədin ictimai müzakirəsi 2019-cu il iyunun 27-dək davam edəcək.
report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31