Tailandda Denge qızdırması epidemiyası elan olundu

Tailandda Denge qızdırması epidemiyası elan olundu

Tailandda hemorragik Denge qızdırması epidemiyası elan olunub.

Bu ilin əvvəlindən başlayaraq ölkə ərazisindən 30 minə yaxın şəxs bu xəstəliyə yoluxub.

Bu, son beş il ərzində qeydə alınmış ortalama göstəricidən iki dəfə çoxdur.

Qeyd edilir ki, xəstəliyə yoluxanlardan 43 nəfəri həyatını itirib.

Denge qızdırmasının sürətlə yayılmasına səbəb ağcaqanadlar göstərilir.

trend

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31