Səudiyyə Ərəbistanında gecə klubu iddası

Səudiyyə Ərəbistanında gecə klubu iddası

Səudiyyə Ərəbistanının Ciddə şəhərində gecə klubunun açıldığı iddia edilib.

Olaylar.az bildirir ki, sosial şəbəkələrdə içki içilməsinin, 18 yaşdan kiçiklərin daxil olmasının və mobil telefonla çəkiliş aparılmasının qadağan oluduğu bir gecə klubunun görüntüləri yayılıb.

Bu barədə "CNN" məlumat verib.

Mövzu ilə əlaqədar olaraq Ciddənin Əyləncə Qurumu " Twitter" hesabında açıqlama yayıb.

Gecə klubu ilə əlaqədar olaraq lazımi hüquqi prosedurun başlanılacağı bildirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31