Qara qarpız 7 min dollara satıldı
Qara qarpız 7 min dollara satıldı
14 İyun 2019 14:55 DünyaÖtən gün Yaponiyanın Hokkaydo prefekturasının Asahikaua və Sapporo şəhərlərinin əsas bazarlarında qara qarpız üçün ilk hərrac keçirilib.
Olaylar.az bildirir ki, təxminən 11 kiloqram ağırlığında olan qara qarpız 750 min yenə (təxminən 7,2 min dollar) satılıb.
Bu barədə TASS məlumat yayıb.
Qaara qarpızın alıcısı "Keiichi Suzuki" supermarketinin sahibi olub.
Qeyd edək ki, bu qarpızların hər il bu vaxt hərracı keçirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31