ABŞ Ay və Marsın mənimsənilməsi üzrə büdcəni artırır
ABŞ Ay və Marsın mənimsənilməsi üzrə büdcəni artırır
14 May 2019 11:29 DünyaABŞ prezidenti Donald Tramp Ay və Marsın mənimsənilməsi üzrə proqramın reallaşdırılması üçün NASA-nın büdcəsinə əlavə 1,6 milyard dollar ayıracaq.
Olaylar.az bildirir ki, ABŞ Prezidenti Donald Tramp bu barədə "Twitter" hesabında paylaşım edib.
Trampın paylaşımında yazılıb: "Mənim administrasiyam zamanı biz NASA-nın böyüklüyünü bərpa edirik və biz özümüz Aya qayıdırıq, ardınca isə Marsa yollanacağıq. Mən fəzaya daha geniş şəkildə qayıtmağımızdan ötrü əlavə 1,6 milyard dolların daxil edilməsi üçün [NASA-nın] büdcəsini yeniləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31