Tramp: "Ramazan bütün müsəlmanlar üçün birləşdirici dəyərdir"
Tramp: "Ramazan bütün müsəlmanlar üçün birləşdirici dəyərdir"
14 May 2019 11:26 DünyaABŞ prezidenti Donald Tramp Ağ Evdə iftar verib.
Olaylar.az bildirir ki, iftarda müsəlman ölkələrin diplomatik nümayəndələri iştirak edib.
İftardan öncə çıxış edən Tramp Ramazan ayının bütün müsəlmanlar üçün birləşdirici dəyər olduğunu bildirib: "Bütün dünyadakı Müsəlmanların Ramazan ayını qeyd etdiyi bu xüsusi zaman kəsiyində iftar yeməyinə Ağ Evdə ev sahibliyi etmək mənim üçün şərəfdir".
Qeyd edək ki, Tramp prezident kimi Ağ Evdəki ilk iftarını ötən il verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31