Moldovalılar NATO-nu yox, Rusiyanı istəyir
Moldovalılar NATO-nu yox, Rusiyanı istəyir
14 May 2019 10:51 DünyaMoldovalıların 54,8%-i ölkənin NATO üzvlüyünə qarşı çıxır.
Bu nəticə Moldova Demoqrafları və Sosioloqları Assosiasiyasının keçirdiyi sorğudan sonra ortaya çıxıb.
Sorğu iştirakçıları həmçinin Avrasiya İttifaqı və Avropa Birliyinə üzvlük barədə də fikirlərini açıqlayıblar. Belə ki, əhalinin 39,1%-i Avrasiya İttifaqına, 37,5%-i isə Avropa Birliyinə inteqrasiyanın tərəfdarı olduğunu söyləyib.
Hər iki ittifaqa üzvlüyə qarşı çıxanların sayı 11,2% təşkil edib.
axar
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31