Avtomobil Merkelin təyyarəsi ilə toqquşdu - Foto
Avtomobil Merkelin təyyarəsi ilə toqquşdu - Foto
14 May 2019 10:26 DünyaDortmund şəhər aeroportunda Almaniya kansleri Angela Merkelin təyyarəsinə avtomobil çırpılıb.
Bu barədə Almaniyanın Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
"Hökumət təyyarəsi Dortmundda zərər çəkib. Yerüstü xidmətlərin nəqliyyat vasitəsi dayanacaqda olan "Global 5000" laynerinə çırpılıb", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, bu hadisə səbəbindən kansler təyyarəsini dəyişmək və Dortmunddan Almaniya Müdafiə Nazirliyinin təyyarəsi ilə uçmaq məcburiyyətində qalıb.
teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31