Putin və Ərtoğan arasında kritik müzakirə
Putin və Ərtoğan arasında kritik müzakirə
14 May 2019 10:24 DünyaTürkiyə tərəfinin təşəbbüsü ilə Rusiya prezidenti Vladimir Putin həmkarı Rəcəb Tayyib Ərdoğanla telefon danışığı aparıb.
Bu barədə Kremlin saytı məlumat yayıb.
Bildirilir ki, tərəflər Suriyadakı vəziyyəti, eləcə də, İdlibin gərginlik zonasındakı şəraiti müzakirə ediblər.
"Suriya nizamlanmasının müxtəlif aspektləri üzrə hərbi idarələr də daxil olmaqla, Rusiya və Türkiyə arasında bundan sonra da səylərin sıx əlaqələndirilməsinin vacibliyi vurğulanıb", - deyə məlumatda bildirilir.
Bundan əlavə, Putin və Ərdoğan söhbət zamanı ikitərəfli münasibətlərin gündəlikdə duran aktual məsələlərinə, həmçinin bir sıra beynəlxalq problemlərə toxunublar.
teleqraf
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31