“Volvo” 6 mindən çox avtomobili geri çağırır
“Volvo” 6 mindən çox avtomobili geri çağırır
13 May 2019 18:41 Dünyaİsveçin məşhur avtomobil istehsalçısı "Volvo" Çin bazarında satdığı 6223 avtomobili təhlükəsizlik məsələləri ilə əlaqədar geri çağırır.
AZƏRTAC Çinin Dövlət Bazar Tənzimlənməsi Administrasiyasına istinadla xəbər verir ki, geri çağırılan avtomobillər 2014-2016-cı illərdə istehsal olunmuş "XC90" modeli nəqliyyat vasitələridir. Administrasiyanın mütəxəssisləri hesab edir ki, soyutma sistemindəki nasazlıq mühərrikin alışıb yanmasına səbəb ola bilər.
İyunda başlayacaq prosesdə "Volvo" qüsurlu hissələri öz hesabına dəyişəcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31