Rusiyadan Ukrayna generalına sərt cavab

Rusiyadan Ukrayna generalına sərt cavab

Ukrayna Silahlı Qüvvələrinin hərbi vəziyyəti Kiyevə Donbas üzərində sutka ərzində nəzarəti ələ almağa imkan verməyəcək.

Bu sözləri Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədr müavini Viktor Vodolatski deyib.

"O, başa düşür ki, həyati boyu heç vaxt Ukrayna Silahlı Qüvvələri Luqansk və Donetskin cənub-şərq hissəsini sutka ərzində tuta bilməz. Ön xətdə Ukrayna ordusunun deqradasiyası, sərxoşluğu və narkomaniyası baş alıb gedir", - Vodolatski bildirib.

Qeyd edək ki, bir qədər əvvəl Ukrayna birləmiş qüvvələrinin keçmiş komandanı general Sergey Nayev Donbasa nəzarətin bir sutkadan daha az vaxtda qaytarıla biləcəyini açıqlamışdı.

axar

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31