Qondarma erməni soyqırımı qərarı qəbul edildi – Meksikada

Qondarma erməni soyqırımı qərarı qəbul edildi – Meksikada

Meksikanın Miçoakan ştatının konqresi qondarma erməni soyqırımını pisləyən qərar qəbul edib.

Layihənin müəllifi senator Kristina Portillo Ayaladır.

O, layihəni iqtidardakı Morena Partiyasına göndərib. Qərar qəbul edilərkən konqresdə qondarma soyqırımın "qurbanları" bir dəqiqəlik sükutla yad edilib.

İlk dəfədir ki, Meksikada qondarma soyqırımla bağlı qərar qəbul edilir.

Qeyd edək ki, Meksika Konqresi 1992-ci il fevralın 26-da Xocalıda baş vermiş soyqırımı tanıyıb.

teleqraf

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31