Gürcüstanın sabiq prezidentinin xanımı aparıcı oldu

Gürcüstanın sabiq prezidentinin xanımı aparıcı oldu

Gürcüstanın sabiq birinci xanımı, sabiq prezident Georgiya Marqvelaşvilinin xanımı Maka Çiçua teleaparıcılıq etməyə başlayıb.

Sabiq Maka Çiçua  "Mesame" telekanalınının aparıcısı olub.

M.Çiçua  aktual problemlərə həsr edilən müəllif verilişi aparacaq. "Şəxsən mənim özümdə demək üçün yetərincə fikirlər var. Ona görə də mən bunu "Üçüncü" (proqramın adı-red.) mövzusunda  müzakirə etməyi qərara aldım", - deyə Maka Çiçua deyib.

Sabiq birinci xanımın telekanalda aparıcılıq etməsinə səbəb ailədəki ağır maliyyə durumudur. Bu barədə M. Çiçua hələ ötən il danışıb. Ona görə də belə bir qərar verib. O, deyib ki, Georgiy Marqvelaşvili prezident olanda aldığı maaş bəs edirdi, ancaq ondan sonra maliyyə imkanları həddən artıq pisdir. Makinin telekanalda iş təcrübəsi var.  O, əvvəllər "Rustavi-2" telekanalında çalışıb.

"Mesame" əyləncəli bir telekanal olsa da, orada mütəmadi olaraq sosial, iqtisadi və mədəniyyət sahəsindən verilişlər yayımlanır.

Ölkə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31