Nil Armstronqun Ayın səthinə enmə təlimatı hərraca çıxarılır

Nil Armstronqun Ayın səthinə enmə təlimatı hərraca çıxarılır

ABŞ-ın Aya pilotlu missiyasının uğurla başa çatmasından 50 il ötür

Bu əlamətdar hadisə münasibətilə "Apollon-11" kosmik gəmisinin göyərtə jurnalı və Yerin süni peykinin səthinə enmək barədə yazılı təlimat hərraca çıxarılacaq.

Hərracın təşkilatçısı "Christiechr("39")s" Hərrac Evinin saytı xəbər verir ki, bu tədbir Amerika astronavtları Nil Armstronq və Bazza Oldrinin Ayın səthinə enməsinin 50 illiyi münasibətilə tematik şəkildə "Nəhəng sıçrayış: "Apollon-11-in 50 yaşının qeyd olunması" adlandırılıb.

Hərrac iyulun 18-də Nyu-Yorkda keçiriləcək. Əsas lotun elan ediləcəyi göyərtə jurnalında kosmik gəminin Aya uçmasının və onun səthinə enməsinin bütü mərhələləri əks olunub. Hərrac Evinin bəyanatında bildirilir ki, həmin lot "bütün zamanların ən böyük macərası sayılan insanın Ayın səthinə enməsini sübut edən unikal sübutdur". Əlavə olunub ki, lota sahib olacaq şəxs ekipaj üzvlərinin yazdıqları qeydləri də nəzərdə keçirə biləcək. Bu, xəyalən həmin ana qayıtmağa imkan verəcək.

Göyərtə jurnalının hərracda yetərincə böyük məbləğə - 7-9 milyon dollara təklif olunacağı gözlənilir. Lotu satışa "Apollon-11" kosmik gəmisinin pilotu missiyasını yerinə yetirmiş Bazza Oldrinin jurnalını əldə etmiş fərdi kolleksiyaçı çıxarıb.(AZƏRTAC)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31