General Haftar iki türkü həbs etdi - Foto

General Haftar iki türkü həbs etdi - Foto

Liviyada iki Türkiyə vətəndaşının feldmarşal Xəlifə Haftara bağlı silahlı qrup tərəfindən həbs edildiyi ortaya çıxıb.

Teleqraf.com xəbər verir ki, Liviyada restoran işlədən Volkan Altınok və Məmməd Dəmir iki həftə əvvəl yoxa çıxıb.

Tripoli yaxınlığında restoranda işləyən türkləri feldmarşal Haftara bağlı Liviya Milli Ordusu aprelin 12-də həbs edərək Binqazi yaxınlığındakı həbsxanaya etap edib.

Ehtimal edilir ki, türk vətəndaşlara qarşı "casusluq" ittihamı irəli sürüləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31