Tərbiyəçi uşağı təhqir etdi: “Əclaf, diz çök!”
Rusiyada uşaq bağçasında biabırçılıq baş verib.
2 May 2019 15:48 DünyaRusiyada uşaq bağçasında biabırçılıq baş verib.
BAKU.WS xəbər verir ki, bu barədə LIFE SHOT telekanalı məlumat verib.
Krasnodar şəhərində uşaq bağçasında uşaqlardan biri Rusiyanı sevmədiyini bildirib. Bu səbəbdən də, tərbiyəçi uşaqla kobud şəkildə davranıb.
Tərbiyəçi uşağı diz çökməyə və yeri öpməyə vadar edib.
"Diz çök əclaf! Yeri öp, yaramaz məxluq!", - deyə tərbiyəçi uşağın üstünə qışqırıb.
Həmin hadisənin videosu sosial şəbəkələrdə yayılıb və böyük müzakirələrə səbəb olub. Çoxsaylı insanlar tərəfindən tənqid olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31