Hindistana səfər etmək istəyənlərə XƏBƏRDARLIQ edildi
Hindistana səfər etmək istəyənlərə XƏBƏRDARLIQ edildi
2 May 2019 11:15 DünyaRusiyanın Səhiyyə İdarəsi Hindistanda "donuz qripi"nin yayılması ilə əlaqədar vətəndaşlarına xəbərdarlıq edib.
Rusiya Hindistana səfər etmək istəyən vətəndaşlarını mütləq şəkildə peyvənd olunmağa çağırıb.
Qeyd edək ki, 2019-cu ilin yanvarından Hindistanın ayrı-ayrı ştatlarında insanların A/H1N1 - "donuz qripi" virusuna yoluxma halları artıb.
Hindistan Səhiyyə Nazirliyi daha təhlükəli vəziyyətin mərkəzi ştat olan Maxaraştrada qeydə alındığını bildirib. Belə ki, bu ştatda bu ilin bir neçə ayı ərzində 1300 А/H1N1 virusuna yoluxma halı qeydə alınıb. "Donuz qripi"nə yoluxanlardan 10-u dünyasını dəyişib.
milli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31