Pilotlar tətil etdilər - 280 reys təxirə salındı
Pilotlar tətil etdilər - 280 reys təxirə salındı
1 May 2019 16:41 DünyaSkandinaviyanın SAS aviaşirkəti pilotların tətili ilə əlaqədar bu günə nəzərdə tutulan 280 reysi təxirə salıb.
Pilotlar əmək haqqının artırılması tələbi ilə ötən həftənin cümə günündən tətil elan edib.
Etiraz aksiyası ümumilikdə 3300-dən çox reysin təxirə salınmasına səbəb olub.
Hazırda pilot həmkarlar təşkilatları şirkət rəhbərliyi ilə danışıqlar aparır.
Qeyd edək ki, SAS İsveç, Norveç və Danimarkanın birgə aviaşirkətidir.
milli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31