Dünyanın ən gözəl pulu seçildi – Foto
Beynəlxalq Banknot Cəmiyyətinin (IBNS) münsiflər heyəti Kanadanın 10 dollarlıq əskinasının 2018-ci il üzrə ən gözəl kağız pul nişanı müsabiqəsinin qalibi seçildiyini elan edib.
1 May 2019 16:31 DünyaBeynəlxalq Banknot Cəmiyyətinin (IBNS) münsiflər heyəti Kanadanın 10 dollarlıq əskinasının 2018-ci il üzrə ən gözəl kağız pul nişanı müsabiqəsinin qalibi seçildiyini elan edib.
Teleqraf.com-un məlumatına görə, IBNS-in saytında bildirilib ki, 2018-ci ildə 150-dən çox yeni banknot buraxılıb. Onların yalnız 10 faizi müsabiqədə iştirak üçün kifayət edə biləcək yeni dizayna malik olub.
Lap əvvəldən bəri Kanadanın 10 dollarlıq əskinası səsvermədə liderlik edib. Onu 200 frank (İsveçrə), 500 kron (Norveç), 100 rubl (Rusiya) və Solomon Adalarının 40 dollarlıq əskinası izləyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31