Silvio Berluskoni əməliyyat olundu

Silvio Berluskoni əməliyyat olundu

Berluskoni yaxın günlərdə evə buraxılacaq

İtaliya C Seriyasında çıxış edən "Montsa" futbol klubunun sahibi Silvio Berluskoni əməliyyat olunub.

82 yaşlı funksioner bağırsağındakı problemlə əlaqədar cərrahi müdaxiləyə ehtiyac duyub. Əməliyyat uğurla keçib və Berluskoni yaxın günlərdə evə buraxılacaq.

O, şəxsi "Facebook" hesabı vasitəsilə səhhəti barədə paylaşım da edib: "Diqqətinizə və çoxlu sayda mesajlarınıza görə təşəkkür edirəm. Yaxşı vəziyyətdəyəm və seçki kampaniyasına hazıram".

Qeyd edək ki, Silvio Berluskoni 1986 - 2017-ci illərdə ölkənin digər klubu "Milan"ın sahibi olub. Onun dövründə klub 8 dəfə İtaliya çempionluğunu və 5 dəfə Çempionlar Liqasını qazanıb. Berluskoni klubu 2017-ci ildə 860 milyon dollara çinli investorlara satıb. "Montsa" hazırda C Seriyasında çıxış edir. Berluskoni həmçinin Avropa Parlamenti seçkilərində iştirak edəcəyini açıqlayıb.(report.az)

Hindistanda niqabı qadağan etmək təklif olunur

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31