Hindistanda niqabı qadağan etmək təklif olunur
Hindistanda niqabı qadağan etmək təklif olunur
1 May 2019 15:07 DünyaPartiya Şri Lankanın nümunəsindən istifadə etməyə çağırıb
Hindistanın millətçi "Şiv Sena" partiyası ölkə ərazisində niqab və burkaların qadağan olunmasını təklif edib.
Partiya nümayəndələri bu təkliflə baş nazir Narendra Modiyə müraciət ediblər.
Qeyd olunur ki, partiya Şri Lankanın nümunəsindən istifadə etməyə çağırıb. Belə ki, Şri Lanka hökuməti bir neçə gün əvvəl ölkə ərazisində üzü örtən geyimləri qadağan edib.
Xatrıladaq ki, aprelin 21-də Şri Lankada silsilə partlaylşlar törədilib, hadisələr nəticəsində 300-dən çox şəxs həlak olub.(trend.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31