Lukaşenko yaxın adamını işdən çıxardı - FOTO
Belarus prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizliyi Şurasının (TŞ) katibinin müavini Andrey Vtyurini vəzifəsindən azad edib
1 May 2019 11:50 DünyaLukaşenko bu barədə fərmanı aprelin 24-də imzalayıb
Belarus prezidenti Aleksandr Lukaşenko Dövlət Təhlükəsizliyi Şurasının (TŞ) katibinin müavini Andrey Vtyurini vəzifəsindən azad edib.
"İnterfaks"ın xəbərinə görə, Lukaşenko bu barədə fərmanı aprelin 24-də imzalayıb.
Qeyd edək ki, A. Vtyurin iki gün öncə Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən saxlanılıb. O, 150 min dollar rüşvət almaqda ittiham olunur.
Bu məqamda bildirək ki, Andrey Vtyurin ən nüfuzlu belaruslardan biri hesab olunur, onun adı müvafiq reytinqlərə dəfələrlə daxil edilib. O, 2014-cü ildə TŞ-yə gəlməmişdən öncə 7 il ərzində Prezidentin Təhlükəsizliyi Xidmətinə rəhbərlik edib. Vtyurin prezident Lukaşenkoya yaxın şəxslərdən biri olub.(qafqazinfo.az)
