Ukraynada seçkinin rəsmi nəticələri açıqlandı – MSK

Ukraynada seçkinin rəsmi nəticələri açıqlandı – MSK

Ukrayna Mərkəzi Seçki Komissiyası bu gün ölkədə keçirilən prezident seçkisinin rəsmi nəticələrini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, seçkinin qalibinin "Xalqa xidmət" Partiyasının namizədi Vladimir Zelenski olduğu təsdiqlənib. Rəsmi məlumata görə, o, seçicilərin 73,22 faizinin səsini qazanıb. Onun rəqibi, ölkənin hazırkı prezidenti Petro Poroşenko ikinci turda 24,45 faiz səs toplayıb.

Seçkinin rəsmi nəticələrinin elan edilməsi səslərin sayılması üçün qanunla müəyyən edilmiş sonuncu gündə baş verib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31