ABŞ-da təyyarə məktəb meydanına düşdü

ABŞ-ın Konnektikut ştatının Meriden şəhərində yüngül mühərrikli "Piper PA-28" təyyarəsinin məktəbin beysbol meydanına düşməsi nəticəsində göyərtədə olan 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Azvision.az xəbər verir ki, bu barədə "WTIC-TV" telekanalı şəhər polisinin nümayəndəsi Kristofer Fraya istinadən məlumat yayıb. 

Qeyd olunur ki, insident, tən axşam pilot məktəbin yaxınlığındakı yay sahəsində manevr edərkən baş verib. Polisin sözlərinə görə, eniş zamanı pilot təyyarəni elektrik məftillərinə ilişdirib və idarəetməni itirərək beysbol meydanına düşüb. 

Qəza nəticəsində şəhərin 13 min sakini işıqsız qalıb, məktəbdə tədris müvəqqəti ləğv edilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31