İlin FOTOSU seçildi

"World Press Photo" təşkilatı ilin ən yaxşı fotosunu seçib.

"World Press Photo" təşkilatı ilin ən yaxşı fotosunu seçib.

Bu Fotoqraf Con Mur tərəfindən çəkilən şəkildə anasınınanasının hüquqmühafizəçilər tərəfindən yoxlanıldığına görə ağlayan qızcığazın fotosu təsvir olunub.

Hadisə Texas ştatında Meksika ilə sərhəddə baş verib. Fotoda təsvir olunan honduraslı şızcığazın adı Yanela Sançes, anasının adı isə Sandra Sançesdir.

Yaşamaq üçün Amerikaya gizlincə qaçan ana və bala Tramp adminisistrasiyasının "miqrantlara qarşı sıfır tolerantlıq" siyasətinə görə bu hadisəni yaşamaq məcburiyyətində qalıblar. Hadisə 2018-ci ilin iyunun 12-də baş verib. Qeyd edək ki, qanuna görə, ABŞ-a girişdə saxlanılan bütün qaçaqlar cinayət məsuliyyəti daşıya bilərdilər. Adətən həbs olunan ailəni övladlarından ayıraraq fərqli məntəqələrə göndərirdilər. Bu foto dərc olunandan sonra ABŞ Gömrük və Sərhəd Nəzarət xidməti Yanela və anasının amerikalı məmurlar tərəfindən ailəsindən ayrı salınan minlərlə qaçqının arasında olmadığını vurğulamışdı. Bununla belə, uşaq "Miqrantlara qarşı sıfır tolerantın siması" seçilib. Nəticədə yaranan çoxminli ictimai etiraz səbəbindən Donal Tramp artıq 8 gündən sonra - iyunun 20-də siyasəti dəyişmək məcburiyyətində qaldı./Faktxəbər

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31