Pakistanda bazarı partlatdılar — 14 ölü, 30 yaralı
Pakistanın Ketta şəhərində bazar yerinə bombalı hücum təşkil edilib.
12 Aprel 2019 18:00 DünyaPakistanın Ketta şəhərində bazar yerinə bombalı hücum təşkil edilib.
"Ölkə.Az" xəbər verir ki, ilkin məlumatlara görə, 14 nəfər həlak olub, 30 nəfər yaralanıb.
Hücumun hədəfi şiə icması olub. Polis rəsmisi Abdur Razzaq Çima bildirib ki, yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb. Polis ölü sayının artacağını ehtimal edir. Yerli mətbuat isə ölən və yaralananların əksəriyyətinin bazar satıcıları olduğunu yazıb. Hücuma görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31