Vilma Ellesin əri və qayınanası həbs edildilər

Alman əsilli türk aktrisa Vilma Ellesin əri Kerem Göğüş ilə qayınanası Nurcan İlleez sənədləri olmayan layihədən ev satdıqları üçün məhkəməyə verilmişdi. 

Adanada yaşıyan şəxs "Göğüş Yapı A.Ş."nin Etiler Ulusdakı layihəsindən 2 ev alıb. Şəxs ümumilikdə 770 min lirə (təxminən 227 min manat) ödəyib. Amma satılan evlər təhvil verilməyib. 

Tərəflər arasında aparılan danışıqlar bir nəticə almadığı üçün iş məhkəməyə gedib. Kerem ilə anası Nurcan 2 il əvvəl başlayan məhkəməni uduzublar.

Nurcan şirkətlə heç bir əlaqəsi olmadığını, günahsız yerə məhkəməyə gətirildiyini iddia edib. Hakim Göğüş və İlleezə 6 il 3 ay həps cəzası, 2500 gün də pul cəzası verib. Zərər çəkən şəxsin ziyanının ödənildiyini nəzərə alan hakim cəzanı 2 il 7 aya, 1041 gün isə pul cəzasına endirib.

Milli.Az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31